Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bolqarıstanla strateji əməkdaşlıq dinamik inkişaf edir

Bolqarıstanla strateji əməkdaşlıq dinamik inkişaf edir


Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bolqarıstan Azərbaycanın Avropa İttifaqında əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.

İki ölkə arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub. Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu illər üzrə rekord göstəricilərdəndir.

Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) vasitəsi ilə ötən il Bolqarıstana yarım milyard kubmetr qaz nəql edilib. Bu bu rəqəm 2024-cü ildə 1 milyard kubmetrədək yüksəcələcək. İxracatın daha sonra 1.5 milyard kubmetrədək artacağı gözlənilir. İGB-nin ötürmə qabiliyyətinin 3,5 milyard kubmetrdən 5,5 milyard kubmetrdək artırılması isə Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycan qazını almasına imkan yarada bilər. Mərkəzi, Şərqi Avropa enerji təhlükəsizliyini daha çox Azərbaycanın mavi qazı hesabına gücləndirmək niyyətindədir.

Göründüyü kimi, ölkələr arasındakı strateji əməkdaşlıq dinamik inkişaf edir. Qarşılıqlı rəsmi səfərlər bu əməkdaşlığın daha da dərinləşməsinə töhvə verməkdədir.

Vüqar Bayramov, Milli Məclisin deputatı
Xəbəri paylaş