Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qəzzada ölənlərin sayı 35 minə çatır

Qəzzada ölənlərin sayı 35 minə çatır


İsrailin keçən ilin oktyabrından Qəzzada başlamış olduğu hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 35 minə yaxınlaşır.

Newscenter.az xəbər verir ki, bu barədə Fələstin Hökumətinin Səhiyyə Nazirliyi məlumat verib. Bildirilib ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində 34 min 844 fələstinli həlak olub.

Bildirilir ki, həlak olanların 14 min 944-ü uşaq, 9 min 849-u isı qadınlardır. Bu müddət ərzində 78 min 404 nəfər isə İsrail hücumlarından müxtəlif dərəcəli xəsarətlər alıb..

Nazirlik dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin də hədəfə alınaraq mülki infrastrukturun məhv edildiyi vurğulanıb.

Mehman Mehdiyev
Xəbəri paylaş