Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi olduqca simvolik və qanunauyğundur

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi olduqca simvolik və qanunauyğundur


17-22 may tarixlərində Bakı növbədi böyük beynəlxalq tədbirə-Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi edəcəkdir. İnsanların daimi və layiq evlə təmin olunması ölkələrin qarşısında dayanan əsas problemlərdən biridir. Sənayenin inkişafı, ekoloji problemlərin və iqlim dəyişikliklərinin bir sıra ölkələrdə kənd təsərrüfatının inkişafı və mövcudluğu üçün yaratdığı çətinliklər urbanizasiya prosesini daim sürətləndirir. Əhalinin şəhərə köçü özü ilə bərabər həlli vacib bir sıra çətinliklər və qayğılar yaradır. Əhalisi sürətlə artan şəhərlər bir çox hallarda insanları normal yaşayış şəraitləri ilə təmin etməkdə çətinliklər yaşayır, mövcud mənzil fondu, şəhər infrastrukturu və sosial təsisatlar yetərsiz qalır. Bu problemlərin özü də şəhərlərin plansız və qeyri rasional böyüməsi, nəqliyyat çətinlikləri, gecəqondu məhəllələrinin meydana gəlməsi, uşaqların normal təhsil alması, onların açıq havada daha çox vaxt keçirməsi üçün park və meydançaların salınması, ekoloji və sair kimi əlavə problemlər ortaya çıxarır. Bu baxımdan Birləşmiş Millətlər Təşkilatı şəhərlərin böyüməsi zamanı ortaya çıxan problemləri görür və bu çətinliklərin ortadan qaldırılmasına töhfə verə biləcək-Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi praktikasını uzun illərdir ki tətbiq edir.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi olduqca simvolik və qanunauyğundur. Azərbaycan dünyada yeganə ölkədir ki, tamamilə dağıdılmış yüzlərlə şəhər və kəndlərin yenidən layihələndirilməsi və tikintisi üzrə böyük işlər görür. Eyni vaxtda onlarla şəhər və kənd inşa edilir. Tikilən şəhərlərdə gələcəkdə urbanizasiya prosesinin yarada biləcəyi çətinliklər nəzərə alınır və insanların bütün sosial tələblərinin təmin olunması üçün vacib olan şərtlər təmin edilir.

Təəssüf ki, Azərbaycanın regional və qlobal beynəlxalq uğurlarını həzm edə bilməyən dövlətlər və müəyyən siyasi dairələr ənənəvi olaraq qarayaxma və gözdənsalma kompaniyasına start veriblər. Heç şübhəsiz ki, bu fəaliyyətin arxasında ancaq subyektiv və korporativ maraqlar dayanır. Dəfələrlə qeyd olunduğu kimi, güclü və müstəqil xarici siyasət yürüdən Azərbaycan regionda maraqlı olan dövlətlərin qarşısında böyük əngəldir. Bu maraqların ölkəmizdə təmin olunması üçün tələb olunan bütün şərtləri ortadan qaldırmaqla Azərbaycan artıq Cənubi Qafqaz regionunda da mövcud olan təsiretmə alətlərini ortadan qaldırmağa çox yaxındır. Konfliktlər, iqtisadi, enerji və nəqliyyat asılılığı amillərindən istifadə etməklə ölkələrin daxili və xarici siyasətinə nüfuz edən böyük dövlətlər bölgəmizdə artıq bu imkanlardan məhrum olmaq üzrədirlər. İndiyə qədər ölkəmizdə keçirilən bütün böyük beynəlxalq tədbirlərin uğurla həyata keçirilməsi və iştirakçı dövlətlər və təşkilatlar tərəfindən yüksək qiymət verilməsi mövcud azsaylı neqtiv yanaşmaları hər zaman kölgədə qoymuşdur. Bu baxımdan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının dünya şəhərsalma siyasətinə müsbət töhfə verəcəyi şübhəsizdir. 30 ilə yaxın işğala məruz qalmış və bu müddət ərzində bir milyonadək məcburi köçkün və qaçqını normal yaşayış şəraiti ilə təmin etməyə çalışan və bu forumun keçirilməsini dünyada ən çox haqq edən ölkədir Azərbaycan.

Elçin Ağamalı, siyasi şərhçi
Xəbəri paylaş