Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT-lərin 75 faizi sosial şəbəkə hesablarında aktiv deyil

QHT-lərin 75 faizi sosial şəbəkə hesablarında aktiv deyil


"Aparılan təhlillər göstərir ki, ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları sosial şəbəkə platformalarında o qədər də altiv deyillər. Azərbaycan QHT-lərinin 75 faizi sosial şəbəkə hesablarında aktivklik nümayiş etdirmir. Qeyri-hökumət təşkilatlarının 40 faizi ayda yalnız bir dəfə öz sosial şəbəkə hesabında paylaşım edir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektoruna müdiri
Tural Əliyev deyib. O bildirib ki, qeyri-hökumət təşkilatları sosial şəbəkə hesablarında aktiv olmalıdır:

"Bu günlər tik-tok, instaqram, X kimi sosial şəbəkələr daha çox yayılsa da, təəssüf ki, Azərbaycan qeyri-hökumət təşkilatlarının əksəriyyəti bu sosial platformalardan uzaqdırlar. Hesab edirik ki, QHT-lər bu istiqamətdə də altiv olmalıdırlar".

Tural Əliyev onu da deyib ki, bu gün ölkəmizə qarşı ideoloji təxribatların əksəriyyəti məhz tik-tok və bu kimi sosial platformalar üzərindən həyata keçirilir:

"Ona görə də vətəndaş cəmiyyəti nümayəndələri bu istiqamətdə düşünməli və addım atmalıdırlar".

Süleyman
Xəbəri paylaş