Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xocalıda ailə dəyərlərinin qorunması və ailədaxili münaqişələrin qarşısının alınması ilə bağlı tədbir keçirilib

Xocalıda ailə dəyərlərinin qorunması və ailədaxili münaqişələrin qarşısının alınması ilə bağlı tədbir keçirilib



Xocalı Rayon İcra Hakimiyyəti, Mediasiya Şurası və Goranboy Mediasiya Təşkilatının birgə təşkilatçılığı ilə ailə dəyərlərinin qorunması, ailədaxili münaqişələrin qarşısının alınması və sağlam ailə münasibətlərinin formalaşdırılması mövzusunda maarifləndirici tədbir keçirilib.

Newscenter.az Mediasiya Şurasına istinadən xəbər verir ki, tədbirdə ailə institutunun cəmiyyətdə rolu, ailədaxili münaqişələrin yaranma səbəbləri və onların həlli yolları, məişət zorakılığının qarşısının alınması, narkomaniya ilə mübarizə, uşaq hüquqlarının müdafiəsi və bu sahədə aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

Goranboy 1 saylı mediasiya təşkilatının direktoru Vüsalə Tağıyeva mediasiya institutunun ailədaxili münaqişələrin həllində, tərəflər arasında dialoqun və qarşılıqlı anlaşmanın yaradılmasında rolundan danışıb. O, mübahisələrin sülh yolu ilə həllində mediasiyanın imkanlarını diqqətə çatdıraraq yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətini qeyd edib.

Müzakirələr zamanı ailədaxili zorakılığın qarşısının alınması, uşaqların hüquqlarının qorunması, valideyn məsuliyyətinin artırılması, narkomaniya ilə mübarizə və ailələrə hüquqi-psixoloji dəstəyin göstərilməsi məsələlərinə xüsusi diqqət yetirilib. İştirakçılar bu istiqamətlərdə maarifləndirmə tədbirlərinin davamlı keçirilməsinin və aidiyyəti qurumların əlaqəli fəaliyyətinin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda Goranboy 1 saylı mediasiya təşkilatı tərəfindən iştirakçılara ailə dəyərlərinin qorunması, münaqişələrin həlli və mediasiya xidmətləri barədə məlumatlandırıcı bukletlər, eləcə də xatirə hədiyyələri təqdim olunub.

Süleyman
Xəbəri paylaş