Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib

ABŞ-İran arasında danışıqlar prosesi dalana dirənib


ABŞ-ın İrana təqdim etdiyi 14 bəndlik təkliflər paketinə Tehranın cavabı D. Tramp administrasiyasını qane etmədi. İran, Çinin dəstəyi və təşviqi ilə öz şərtlərini irəli sürərək Vaşinqtonu çətin vəziyyətlə üz-üzə qoyur. Tehran bildirir ki, ABŞ İrandan faktiki olaraq tam təslimiyyət tələb edir. İran isə ABŞ-la məğlub tərəf kimi deyil, bərabər statuslu dövlət kimi müqavilə bağlamaqda maraqlıdır. Hətta Tehran Hörmüz boğazının dibi üzərində mülkiyyət və suveren hüquqlarının tanınmasını da təklif edir.

İran, uranın zənginləşdirilməsi və onun üçüncü ölkəyə təhvil verilməsi ilə bağlı Vaşinqtonun təkliflərinə qarşı öz şərtlərini irəli sürüb. Göründüyü kimi, danışıqlar prosesində ciddi çətinliklər yaranıb. İranın blokada və ağır iqtisadi vəziyyətə baxmayaraq ABŞ-la konfrontasiyaya getməsi yeni hərbi əməliyyatların başlanmasına səbəb ola bilər. Çin isə İran faktorundan ABŞ-la geosiyasi rəqabətdə istifadə etməyə çalışır.

Qeyd edim ki, növbəti regional qarşıdurmanın Birləşmiş Ərəb Əmirlikləri ilə Səudiyyə Ərəbistanı arasında müharibə baş verə bilər.

Məhəmməd Əsədullazadə, siyasi şərhçi
Xəbəri paylaş