Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycanda GSNP-nin ilk Baş Assambleyası keçiriləcək

Bu gün Azərbaycanda GSNP-nin ilk Baş Assambleyası keçiriləcək


Bu gün - “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Gülüstan Sarayı”nda Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası toplanır.

Newscenter.az xəbər verir ki, toplantıda dünya əhalisinin 80%-nin yaşadığı - Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan - ümumilikdə, 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.
Yeni dünya düzəninin formalaşdığı, ayırıcı xətlərin təzədən çəkildiyi bir dövrdə yaranmış GSNP qlobal təklənməyə qarşı birləşmək zərurətinin aydın təzahürüdür.

GSNP Qoşulmama Hərəkatı regionunda QHT-ləri birləşdirən ilk və yeganə şəbəkədir. Qoşulmama Hərəkatında təmsil olunan 120 ölkədən 116-sının vətəndaş cəmiyyəti nümayəndələrinin bu tərkibdə yer alması nəinki Azərbaycan, Qlobal Cənub miqyasında rast gəlinməyən məxsusi hadisədir.

GSNP Qoşulmama Hərəkatının QHT şəbəkəsi olmağa həqiqətən layiqdir. Bu platformanın yaradılış ruhu 71 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nə tam uyğundur. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərinin aradan qaldırılmasına çalışır, daha inklüziv və effektiv dialoqu təşviq edir, etimad quruculuğu işinə yeni töhfələr vermək əzmini nümayiş etdirir.

Prezident İlham Əliyev 2025-ci il aprelin 28-də GSNP-nin təsis konfransının iştirakçılarına ünvanladığı müraciətdə xüsusi vurğulayıb ki, Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu Platformanın məhz Bakıda yaradılmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir.
Azərbaycan Prezidenti həmin müraciətində onu da xatırladıb ki, iqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir.
GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.

Azərbaycanın QHT Agentliyi bildirir ki, GSNP Baş Assambleyasının əsas tərəfdaşı olmaqdan şərəf duyur.

Süleyman
Xəbəri paylaş