Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş olub

Milli Məclisdə İslam Əməkdaşlıq Təşkilatının nümayəndə heyəti ilə görüş olub


İyunun 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Ali Al-Yaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, görüşdə komitə sədri Azərbaycan-İƏT əlaqələrinin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb. O, bu təşkilatın üzv ölkələri düşündürən məsələlərin həllində mühüm platforma olduğunu diqqətə çatdırıb. Komitə sədri qonağın dünən “Süni intellekt dövründə insan hüquqları: İmkanlar, risklər və məsuliyyətlər” mövzusunda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitində iştirakını yüksək qiymətləndirib.

Söhbət zamanı İƏT-in İslam həmrəyliyinin, insan hüquqlarının qorunmasında rolu, süni intellektin insan hüquqlarına təsiri mövzularında fikir mübadiləsi aparılıb.

Görüş üçün təşəkkürünü bildirən İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Ali Al-Yami dünən Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Bakı Sammitinin əhəmiyyətindən danışıb. Bildirib ki, bu cür tədbirlər qarşılıqlı təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyətə malikdirlər. O, bir neçə gündən sonra İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının da Bakıda keçirilməsinin Azərbaycanın beynəlxalq səviyyədə yüksək nüfuzundan xəbər verdiyini qeyd edib. Qonaq Azərbaycanın İƏT-in fəal üzvlərindən olduğunu və ölkəmizin sədrliyi dövründə bu təşkilatın inkişafına dəyərli töhfələr verdiyini diqqətə çatdırıb.

Söhbət zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, üzvləri Sevil Mikayılova, Vüqar Rəhimzadə süni intellekt və yeni nəsil insan hüquqları, Azərbaycanın İƏT-də fəaliyyəti, ölkəmizin İslam dünyası ilə əlaqələri barədə fikirlərini bölüşüblər.

Süleyman
Xəbəri paylaş