
Ermənistanın sabiq prezidenti, 7 iyun parlament seçkilərində hazırkı baş nazir Nikol Paşinyanın seçki blokuna əsas rəqib sayılan Robert Köçəryan da seçkilərin nəticələrinin ləğvini tələb edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, Robert Köçəryanın "Ermənistan" bloku Konstitusiya Məhkəməsinə parlament seçkilərinin nəticələrinin ləğvi tələbi ilə ərizə təqdim edib. Sabiq prezident hesab edir ki, səsvermə zamanı Paşinyanın partiyasının xeyrinə çoxsaylı qanun pozuntularına yol verilib. Bu səbəbdən 7 iyun seçkilərinin nəticələri ləğv olumalı və Ermənistanda təkrar seçkilər keçirilməlidir.
Qeyd edək ki, iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyası yüksək səs çoxluğu ilə qələbə qazanıb.
Arzu












































