
Rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku seçki nəticələrinin etibarsız sayılması üçün bir neçə Konstitusiya Məhkəməsi hakiminin blokun işində iştirak etməməsi üçün vəsatətlər verəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki. bu barədə Karapetyanın vəkili Aram Vardevanyan jurnalistlərə bildirib.
"Konstitusiya Məhkəməsində iştirakını qeyri-mümkün hesab etdiyimiz hakimlər var. Bu mərhələdə kimdən danışdığımızı açıqlamayacağam.Çoxları bunu bilir. Müvafiq vəsatətlər olacaq və biz inanırıq ki, Konstitusiya Məhkəməsi hakimləri səs çoxluğu ilə cavab verməyə borcludurlar", - deyə o bildirib.
Qeyd edək ki, Konstitusiya Məhkəməsinin səkkiz hakimindən ikisi, Artak Zeynalyan və Vladimir Vardanyan, Baş nazir Nikol Paşinyanın fraksiyasının keçmiş üzvləri idilər. Zeynalyan həmçinin 2018-2019-cu illərdə Paşinyan hökumətində ədliyyə naziri vəzifəsində çalışıb.
Aygün












































