Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı dözümlülük birgə yaşayışın qızıl qaydasıdır

Qarşılıqlı dözümlülük birgə yaşayışın qızıl qaydasıdır


"Tarixin bir gününün tarixi günə çevrilməsi" ifadəsi bizim üçün önəmli və şərəfli bir yaddaşa həkk olunub. 8 Noyabr - Zəfər Günümüz. Bu gün hamıya aiddir. Təkcə prosesin özü bu günümüzə deyil, gələcəyimizə də aid olduğu üçün hamı bu günü dəstəklədi. Hamıya məxsus olan bir şeyi təbii ki, hər kəs dəstəkləyir. Ümumiyyətlə, prosesin özü ağlın və müdrikliyin sınağından keçərək möhkəm həmrəylik və birliyi müdafiə edərək biz bunu qazandıq. Bu, bir həqiqətdir. Həqiqət isə özlüyündə məhək daşıdır. Hər hansı bir hadisənin həqiqi dəyərini, keyfiyyətini, doğruluğunu və ədalətliliyini müəyyənləşdirən məhz həqiqətdir. Ən düzgün olanı seçmək, ən düzgün qərarı vermək, ən doğru olanı həyata keçirmək.

Nwscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, biz Cənab İlham Əliyevin idarəçiliyi və rəhbərliyi ilə şanlı Zəfər ölkəsinə çevrildik:

"Bu Zəfər bu gün dünyanın qaranlıq qalan siyasi məqamlarını işıqlandırmaq üçün sürətlə yayılan bir nurdur. Bu Zəfər, təkcə qələbə deyil, Dağlıq Qarabağ Muxtar Vilayəti adlı siyasi statusun mövcudluğunu tarix səhnəsindən silən strateji reallıqdır. Bu, hamının qəlbindən keçən, daha doğrusu, mənəvi dəyərlərə sahib olan bütün vətəndaşların ürəyindən keçən hiss idi. Biz bilirik ki, mənəviyyat qəlbin elmi və tərbiyəsi ilə məşğul olur. Əgər o, hansısa bir insanın ürəyində yoxdursa, deməli, həmin qəlb heç kimə lazım deyil. Dünyada ən praktik hərəkətlər belə mənəvi təsirlərlə bağlıdır. Eqoist düşüncə tərzi insanlara heç nə vermir, əksinə, onları hər şeydən, o cümlədən mənəvi təsirlərdən uzaqlaşdırır. Belə insanlar islah olunmayan, oqnostik düşüncəyə malik şəxslərdir".

Mərkəz rəhbəri qeyd edib ki, obyektiv aləmi və həqiqət dünyasını dərk edə bilməyən zavallılar bütün əxlaqi keyfiyyətlərdən uzaqlaşırlar:

"Öz şəxsi maraqlarına görə bu hala düşən dözümsüzlər həmişə nəticəni görmədən subyektiv rəylərini və ədalətsiz mövqelərini cəmiyyətə sırımağa çalışırlar. Amma dərk edə bilmirlər ki, həmin dözümsüzlük özünəgüvən əskikliyinə və inamsızlığa dəlalət edir.
Qarşılıqlı dözümlülük birgə yaşayışın qızıl qaydasıdır. Bəli, bu gün millətin tam əksəriyyəti bu qızıl qaydalarla yaşayır".

Süleyman
Xəbəri paylaş