Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tehranın növbəti manipulyasiyası

Tehranın növbəti manipulyasiyası


"İran rəsmiləri Ermənistani ABŞ-la birgə təlimlər və TRİP layihəsinə görə təhdid edirlər. Görünür, Tehrana bu təlimat Moskvadan verilib. Hər iki ölkə koordinasiyalı şəkildə N. Paşinyan hökumətini iddiham edirlər".

Newscenter.az xəbər verir ki, bunları siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ prezidenti İranda rejimi dəyişə bilmədi və yaxud istəmədi:

"Amma, ağır məğlubiyyətə baxmayaraq rejim yerindədir və Cənubi Qafqazın hər iki ölkəsini təhdid edir. Ümumiyyətlə, Zəngəzur dəhlizi təkcə Ermənistan və Azərbaycana aid deyil. Prosesdə Türkiyə də var. O Türkiyə ki, İrandakı rejimin qalmasında əvəzsiz rol oynadı. Xüsusilə, kürd silahlıların İrana daxil olub, siyasi və silahlı xaos yaratmasının qarşısını aldı".

Məhəmməd Əsədullazadə qeyd edib ki, Tehran rejiminin birbaşa Ermənistan hakimiyyətini təhdid etməsi və bu marşruta mane olması mümkün olmayacaq:

"İlk növbədə ABŞ buna imkan verməyəcək. ABŞ icarəyə götürdüyü marşruta İran problem yaradarsa, Tehran özü yenidən problemlərlə üzləşəcək. Həmçinin ABŞ və İran arasında normallaşma prosesi gedirsə, Tehranın ABŞ layihəsinə qarşı ritorikası başa düşülən deyil.

Ümumiyyətlə, Tehranın hazırkı mövqeyi manipulyasiyadır. İranın bütün qonşuları ilə münasibətləri kəskinləşməsi öz əleyhinə işləyəcək. ABŞ okeanın o tayından gəlib Ali dini rəhbəri S. Ə. Xameneini və digər ordu komandanlarıni öldürdü. Prezident M. Pezeşkian Azərbaycan prezidentinin müdaxiləsi ilə sağ qaldı. İndi durub Tehran rejimi Azərbaycana qarşı köhnə havanı çalır".

Süleyman
Xəbəri paylaş