Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xəzər dənizi sahillərində səhralaşma və qum təpələrinin hərəkəti aşkar edilib

Xəzər dənizi sahillərində səhralaşma və qum təpələrinin hərəkəti aşkar edilib


P.P.Şirşov adına Okeanologiya İnstitutunun Cənub şöbəsinin ekspedisiyası Xəzər dənizinin Dağıstan sahilində dənizin səviyyəsinin aşağı düşməsi ilə bağlı dəyişikliklər aşkar edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İnstitutun mətbuat xidmətindən bildirilib. Məlumata görə, keçmiş yüksək qabarma sahələri otlarla örtülür, sahillər səhralaşır və qum təpələri hərəkət edir.

Hesabatda deyilir ki, Xəzər dənizinin ümumi səviyyəsinin aşağı düşməsinin təsirləri hər yerdə nəzərə çarpır. Aqraxan yarımadası ilə Çeçen adası arasındakı boğazın qurumuş dəniz dibinin bir hissəsi artıq çiçəkli otlarla örtülüb. Eyni zamanda, daha yüksəkliklərdə səhralaşma baş verir. Bir çox bitki növü yox olur və qum təpələri yenidən hərəkət etməyə başlayır.

Bundan əlavə, çoxsaylı və uzunmüddətli daşqınlardan sonra çay mənsəblərində eroziya prosesləri kəskin şəkildə artıb. Öz növbəsində, çay sahillərinin eroziyası sahil zonasına çoxlu miqdarda bərk çöküntülərin axınına səbəb olub.

Süleyman
Xəbəri paylaş